Quba-Xaçmaz Regional Təhsil İdarəsi region üzrə Respublika Fənn Olimpiadalarında (RFO) yarımfinala vəsiqə qazananların sayını açıqlayıb. Bu haqda ShimalNews 12 yanvar tarixində idarəyə istinadən məlumat verir.
24 dekabr 2023-cü il tarixində keçirilmiş müsabiqənin rayon mərhələsində 718 məktəbli uğur qazanıb. Qubadan 262, Qusardan 92, Xaçmazdan 196 şagird Olimpiadanın yarımfinalında iştirak etmək hüququ qazanıb.