Quba sakininin həyətyanı sahəsində ağac kömürü istehsal edilən quyu aşkarlanıb. Bu haqda ShimalNews 17 aprel tarixində Report-a istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür istehsal edən Vladimirovka kənd sakini Mövsüm Mursəliyev müəyyən edilib. Onun barəsində qanunamüvafiq tədbirlər görülüb, aşkar olunan kömür quyusu isə ləğv olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, kömür quyusu, qanun pozuntusu, Quba