Quba şəhərində iki minik avtomobili qəzaya uğrayıb. Bu haqda ShimalNews 29 dekabr tarixində məlumat verir.
Heydər Əliyev prospektində yerüstü piyada keçidinin altında “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Şahidlər bildirirlər ki, qəzaya səbəb sürücülərin ara məsafəsini gozləməməsi olub.