Quba və Qusar rayonlarında sel təhlükəsi ilə bağlı insanlara ehtiyatlı olmaq tövsiyə edilir. Bu barədə ShimalNews 10 iyun tarixində məlumat verir.
“Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, Qarabağ və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınlarla əlaqədar çayların sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları, təhlükəsiz yerdə durmaları tövsiyə edilir”, - deyə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.