Dövlət Turizm Agentliyi tərəfindən turoperator və turagentliklərin nümayəndələri, videoblogerlər və müstəqil bələdçilər üçün Quba və Qusara səfər təşkil edilib. Bu haqda ShimalNews 17 yanvar tarixində məlumat verir.
Azərbaycanda ekoturizmi inkişaf etdirmək və bu növ fəaliyyətləri təşviq etmək məqsədilə qonaqlara tarixi və mədəni turizm məhsulları nümayiş etdirilib.
Ekoturizm vasitəsilə, həmçinin regionlarda məşğulluq səviyyəsini artırmaq hədəfə alınıb.