Milli Məclisin deputatı Anatoliy Rafailov Quba və Qusar rayonları üzrə sakinləri qəbul edib. Bu barədə ShimalNews 12 yanvar tarixində məlumat verir.
Görüş Quba şəhərində baş tutub. Burada iştirak edən şəhid ailəsi və digər vətəndaşların müraciətləri dinlənilib.
Səsləndirilən problemlər sosial, səhiyyə, su, mənzil və digər mövzularda olub. Müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti qurumlara sorğular göndəriləcək.