Qubada Təcili tibbi yardım briqadaları qəbul imtahanlarının keçirildiyi ərazilərə təhkim olunublar. Bu barədə ShimalNews 27 may tarixində məlumat verir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Bu zaman Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları tərəfindən ehtiyacı olan şəxslərə dərhal yerində yardım olunub.