Qubada “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Gənclər kuboku” region birinciliyi keçirilib. Bu haqda ShimalNews 26 yanvar tarixində məlumat verir.
Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Quba-Xaçmaz İqtisadi regionuna daxil olan rayonları təmsil edən 9 komanda iştirak edib.
2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş birinciliyin qalibi Quba rayonunu təmsil edən “Big-Bang” komandası olub. Siyəzən rayonunu təmsil edən “Ubermensch” komandası 2-ci yerə, Şabran rayonunu təmsil edən “Everest” komandası 3-cü yerə layiq görülüb.
Qaliblər kubok, medal və diplomlarla təltif ediliblər.