Quba rayonunda dövlət əmlakı yenidən hərraca çıxarılacaq. Bu barədə ShimalNews 5 iyun tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Talış kəndində yerləşən Talış kənd klubu auksionda təqdim ediləcək. Əmlakın ilkin satış qiyməti 1500 manat, beh isə 200 manat təşkil edir. Tikilinin ümumi sahəsi 81.6 kv.m-dir.
Hərrac 4 iyul saat 10:00-da keçiriləcək.
Əlaqə telefonu: (kod 02333) 5-31-62.