Quba şəhərində gecə saatlarında səs-küy salan şəxs həbs edilib. Bu haqda ShimalNews 10 aprel tarixində “Qaynarinfo”ya istinadən məlumat verir.
Hadisə saat 03.00 radələrində "Hay-Küy" restoranının qarşısında qeydə alınıb. 38 yaşlı Cabir (ad şərti) uca səslə ünvansız nalayiq söyüşlər işlədib.
Polis tərəfindən saxlanılan şəxs barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Cabir təqsirli bilinib və 4 gün müddətinə inzibati qaydada həbs edilib.