İctimai yerdə qadına qarşı xuliqanlıq hərəkəti törədən 2 gənc həbs edilib. Bu barədə ShimalNews 12 mart tarixində məlumat verir.
Hadisə martın 9-u gecə saatlarında baş verib. 26 yaşlı Quba sakini T.M. və onun 32 yaşlı tanışı E.S. Sabirabad rayonunda süpürgəçi qadına əxlaqsız təkliflər ediblər və özləri ilə aparmaq istəyiblər.
Polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Həmin şəxslər Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs ediliblər.