Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) daha bir əməliyyat ilk dəfə icra olunub. Bu haqda ShimalNews 9 aprel tarixində məlumat verir.
Regional Travmatoloji Mərkəzdə 28 yaşlı pasiyent üzərində həyata keçirilən fəqərəarası disk yırtığı əməliyyatı uğurla başa çatıb. Bu əməliyyat neyrocərrah Fariz İsgəndərov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədov tərəfindən icra olunub.
Əməliyyatdan sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilərək, ambulator müalicə üçün evə buraxılıb.