Cari ayda Qubanın icra başçısı İlqar Mahmudov vətəndaşlarla görüşəcək. Bu haqda ShimalNews 3 iyun tarixində məlumat verir.
İyunun 6-sı səyyar qəbul Vəlvələ kənd İƏD üzrə keçiriləcək. Bərğov kənd məktəbində yerli əhali ilə bərabər, Gədik, Gədikqışlaq, İbrahimhaput, İdrisqışlaq, İsnovqışlaq, Paşaoba kəndlərinin sakinləri iştirak edəcəklər.