Qubada icra başçısı İlqar Mahmudov vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 1 mart tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir martın 7-si Qələdüz kənd ümumi orta məktəbinin binasında baş tutacaq. Burada Küpçal, Küsnət, Qələdüz, Qımıl və Üçgün kəndlərinin sakinləri iştirak edəcəklər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.