Qubada əhalinin səyyar tibbi müayinələri keçirilir. Bu haqda 17 aprel tarixində ShimalNews Quba Rayon Mərkəzi Xəstəxanasına istinadən məlumat verir.
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq kənd həkim məntəqələrində və ASM-lərdə qəbullar təşkil edilir. Mərkəzi Xəstəxananın həkim və tibb işçilərindən ibarət briqada bu dəfəki müayinələri Qonaqkənd kəndində aparıb. Keçirilən səyyar qəbulda pediator, şüa-diaqnostika, mama-ginekoloq, terapevt, cərrah və laborantlar iştirak ediblər.
Xəstələrdən müvafiq qan analizləri alınıb, ona uyğun müalicə təyin olunub.