Quba rayonunun Qamqam kəndində tövlə yanıb. Bu haqda ShimalNews 6 iyun tarixində məlumat verir.
Ümumi sahəsi 100 kv.m olan tikili və onun içərisinə yığılan 3 ton ot bağlamasının 1.5 tonu, eləcə də bitişik olan köməkçi tikilinin dam örtüyü (sahəsi 180 kv.m) yanaraq kül olub.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.