Qubada silah-sursat polisə təhvil verilib. Bu haqda ShimalNews 16 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz saxlanılan 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də həmin silaha məxsus patron darağı təhvil götürülüb.