Bakıda baş verən partlayışda Qubadan olan Aydın Atakişiyev həlak olub. Bu barədə ShimalNews 17 yanvar tarixində məlumat verir.
Hadisə yanvarın 15-də paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verib. Nəticədə bu günə olan məlumata görə, 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam etdirilir.