Qubanın Zərdabi ETB-də superintensiv texnologiyalar əsasında müasir fındıq bağı salınıb. Bu barədə ShimalNews 22 fevral tarixində məlumat verir.
Azərbaycanda ilk dəfə olaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Xorvatiya, Ukrayna və İngiltərə ilə birgə layihə həyata keçirib.
Məhsuldarlığın gözləntiləri 8-10 ton olan fındıq bağında hazırda aqrotexniki tədbirlər həyata keçirilir. Ukrayna Fındıqçılıq Assosiasiyasının vitse-prezidenti Vasili Babanski və “Gospodarstvo Moulis” təsərrüfatının rəhbəri Vlado Moulis budama prosesində iştirak ediblər. Onlar institutun əməkdaşları ilə təcrübələrini bölüşüblər.