Bu gün şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılacaq. Bu barədə ShimalNews 12 aprel tarixində məlumat verir.
Millət vəkili Vahid Əhmədovun təşkilatçılığı ilə həyata keçiriləcək tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, dövlət qurumlarının nümayəndələri və din xadimləri iştirak edəcəklər.
İftar süfrəsi 223-cü Diviziya küçəsində yerləşən “Nərgiz Plaza” restoranında saat 19:00-da açılacaq.