Quba rayonunda yuxarı sinif şagirdlərinə QİÇS, eləcə də digər zərərli vərdişlərin fəsadları barədə məlumat verilib. Bu haqda ShimalNews 23 aprel tarixində məlumat verir.
“Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri 10 orta məktəbdə keçirilib. Tədbirlərdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri şagirdlərə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromundan (QİÇS) danışıblar.
Sonda məktəblilərin mövzu ilə əlaqəli suallarına cavab verilib.