Quba rayon ümumtəhsil məktəblərinin psixoloqları üçün narkomaniya mövzusunda maarifləndirici görüş keçirilib. Bu haqda 17 aprel tarixində ShimalNews Quba-Xaçmaz Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Tədbir zamanı RPŞ-nin polis mayoru Orxan Şahmarov narkomaniyanın fəsadları, ondan xilas olmağın yolları, şagirdlərin davranışlarında narkomanlığa meyilliliyin müəyyən edilməsinin metodları və s. mövzularda məlumat verib.
Sonda risk qrupu şagirdləri ilə işin təşkili mövzusunda fikir mübadiləsi aparılıb.