Qubadan təxliyə olunan yeni doğulmuş körpənin göz əlilliyinin qarşısı alınıb. Bu barədə ShimalNews 22 aprel tarixində TƏBİB-ə istinadən məlumat verir.
Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzi indirekt oftalmoskop cihazı ilə təchiz edilib. Onun vasitəsilə uşaq müayinə olunub. Nəticədə körpədə retinapatiya (torlu qişanın müxtəlif mənşəli olan zədələnməsi) aşkarlanıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin vitreoretinoloqu Tərlan Əliyeva körpədə yaranan qüsurun aradan qaldırılması istiqamətində müvafiq prosedurlar həyata keçirib.