Quba şəhərində itkin düşən məktəbli ailəsinə təhvil verilib. Bu haqda ShimalNews 17 yanvar tarixində məlumat verir.
2 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. 13 yaşlı yeniyetmə dərslərdə də olmayıb.
Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan tədbirlər nəticəsində uşaq tapılıb.