Quba rayon icra başçısı İlqar Mahmudov Tüləkəran kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 25 yanvar tarixində RİH-yə istinadən məlumat verir.
Sakinlərlə görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Vətən müharibəsində şəhid olmuş Ceyhun İsayevin Gültəpə kəndində yaradılmış xatirə bulağını, qəbuldan sonra isə Aşağı Tüləkəran kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsini ziyarət edib.