Qubanın İqrığ kəndində icra başçısı İlqar Mahmudov vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 16 fevral tarixində məlumat verir.
Görüşdə, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
İlk növbədə kəndin mərkəzində inşa edilmiş Şəhidlər xatirə kompleksi ziyarət olunub. Burada gülqoyma mərasimi keçirilib.
Daha sonra sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib.