Quba rayonunun Qələdüz kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu haqda ShimalNews 8 mart tarixində məlumat verir.
Görüşdə rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. İcra başçısı İlqar Mahmudov vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.
Qəbuldan əvvəl İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Qələdüz kənd ümumi orta məktəbinin qarşısında inşa edilmiş Şəhidlər xatirə abidəsi ilə tanış olub.