Quba Rayon İcra Hakimiyyətinin başçısı Səbətlər kəndində sakinlərlə görüşüb. Bu barədə ShimalNews 20 aprel tarixində RİH-yə istinadən məlumat verir.
Görüşdə Polis Şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə icra başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərə tapşırıqlar verib.