Qubadan olan Qarabağ müharibəsi şəhidi Pərviz Şirinbekovun anası müalicə üçün Bakıya göndərilib. Bu haqda ShimalNews 10 aprel tarixində məlumat əldə edib.
4 gün öncə qəfil halı pisləşən Qalina Şirinbekova Quba Müalicə Diaqnostika Mərkəzinin Cərrahiyə şöbəsinə yerləşdirilmişdir. Səhhətində yaranan ciddi problem nəticəsində qadın reanimasiya şöbəsinə keçirilmişdi. Lakin sonradan TTY maşını ilə Mərkəzi Neftçilər xəstəxanasına aparılıb.
Qarabağ şəhidi Pərviz Şirinbekov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1993-cü il dekabrın 27-də Şiştəpə döyüşlərində qəhrəmancasına döyüşüb. O, Quba Şəhidlər xiyabanında dəfn olunub.