Quba rayonunun Qəçrəş kəndində təmizlik aksiyası keçirilib. Bu haqda ShimalNews 4 mart tarixində məlumat verir.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Quba - İdman Paytaxtı 2024” və “İdman həftəsi” çərçivəsində təşkil olunan tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, əməkdaşları və 30 nəfər idman könüllüsü iştirak ediblər. Qəçrəş kəndinin meşələri gənc idmançılar tərəfindən plastik və digər tullantılardan təmizlənilib.