Qubanın Davidoba kəndində çətənə kolu və marixuana tapılıb. Bu barədə 9 sentyabr DİN-in mətbuat xidməti məlumat verib.
Tural Məmmədova məxsus həyətyanı sahədə 510 kiloqram çətənə kolu və 53 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. O, narkotik tərkibli bitkilərin satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.
Faktlarla bağlı cinayət işii başlanılıb.
DİN-dən vətəndaşlara müraciət edilib ki, sosial şəbəkələrdən istifadə zamanı ehtiyatlı olsunlar. Onlara narkotik vasitələri təklif edən səhifələrdən şikayət edib, bağlanmasına nail olmaq hər birimizin vətəndaşlıq borcu olduğu bildirilib.