Qubada yırtıcılar xırda buynuzlu heyvanları məhv edib. Bu haqda ShimalNews 4 may tarixində Baku TV-yə istinadən məlumat verir.
Canavarlar rayonun Aydınkənd kəndinə hücum ediblər. Nəticədə bir neçə həyətə girən vəhşi heyvanlar 20 başdan yuxarı qoyun parçalayıb, onlardan 10-nu tələf olub.
Kənd sakini Vasif Tarverdiyev bildirir ki, heyvanlar rayon məşğulluq xidməti tərəfindən köməklik məqsədilə verilib. Canavarlar vətəndaşlara təxminən 4000 manata qədər ziyan vurub.
[video width="1280" height="720" mp4="https://shimal.news/storage/photos/2023/05/Canavarlar-sakinlara-4-min-manat-ziyan-vurdu.mp4"][/video]