Quba rayonunun Bərğov kəndində yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 13 aprel tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Ümumi sahəsi 120 kv.m olan birmərtəbəli evin 1 otağı, mətbəxi və dam örtüyü yanıb. Əraziyə cəlb edilən xilasedicilər alovu söndürərək evin qalan hissəsini yanğından mühafizə ediblər.