Qubada qanunsuz kömür quyusu aşkarlanıb. Bu haqda ShimalNews 18 noyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Aparılan araşdırma nəticəsində kömür istehsal edənin rayonun Bad kənd sakini Rauf Hüseynov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb, quyu isə ləğv olunub.
Əməliyyat tədbirləri RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən görülüb.