Qubada keçmiş arvadını baltalamaqda təqsirləndirilən şəxs barəsindəki hökmdən apellyasiya şikayəti verib. Bu haqda ShimalNews 25 yanvar tarixində “Pravda.az”a istinadən məlumat verir.
Şəki Apellyasiya Məhkəməsində Elşən Muradovun barəsindəki şikayət təmin edilməyib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Ötən ilin aprel ayında Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə keçmiş əri tərəfindən baş nahiyəsinə vurulmuş xəsarətlər alması haqda məlumat vermişdik.