Quba sakininin həyətyanı sahəsində ağac kömürü istehsal edilən quyu aşkarlanıb. Bu haqda ShimalNews 24 aprel tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı qanunsuz kömür istehsal edən Xanagah kənd sakini Rəşid Seyfullayev müəyyən edilib. Onun barəsində qanunamüvafiq tədbirlər görülüb, aşkar olunan kömür quyusu isə ləğv olunub.