Quba rayonunun Vladimirovka kəndində "Açıq mikrofon" aksiyası keçirilib. Bu haqda ShimalNews 18 yanvar tarixində “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.
“Səyyar qəbul otağı”nda 30-a yaxın sakin müraciətini ünvanlayıb. Çıxış edənlərin əksəriyyəti adıçəkilən kəndin qazlaşdırılmayan ərazilərində küçə qaz xəttinin çəkilməsini istəyiblər.
Qurumun məsul şəxsləri səsləndirilən müraciətləri qeydiyyata alaraq, aidiyyəti üzrə tapşırıqlar veriblər.