Qubadan olan şagirdlər Mərkəzi Bank tərəfindən keçirilən kursda uğurla iştirak ediblər. Bu haqda ShimalNews 8 yanvar tarixində məlumat verir.
Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin şagirdləri “Uşaqlar və pullar” distant kursunu bitirərək sertifikatla təltif ediliblər. 8-ci sinif şagirdləri Sənan Əhmədov və Nurmin Şirinov fərqləndiklərinə görə Diploma layiq görülüblər.