Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirib. Bu haqda ShimalNews 21 fevral tarixində məlumat verir.
Qəbulda əvvəlcədən müraciət etmiş 23 nəfər sakin iştirak edib. Onlar məşğulluq, torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik və digər sosial müdafiə məsələlərini səsləndiriblər.
İcra başçısı vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.