Qusar üzrə qızılca xəstəliyinə yoluxanlar keçən ildən indiyədək 148 nəfər təşkil edir. Bu barədə ShimalNews 10 yanvar tarixində “Bizim.Media”ya istinadən xəbər verir.
Xəstələrin 105 nəfəri 2023-cü ildə, 43 nəfəri isə bu il virusa tutulub. Onların çoxunun məktəbyaşlı olduğu bildirilir.
Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov məlumat verib ki, qızılcanın daşıyıcılarından 95 nəfəri artıq sağalıb, 53 nəfərin müalicəsi isə karantin şəraitində davam edir.
Rayon üzrə bu xəstəliklə bağlı ölüm hadisəsi qeydə alınmayıb.