Xocavənd rayonunun Cütcü kəndində açıq ərazidə yanğın baş verib.
ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.