Qusarda qadınlar üçün “Kompüter bacarıqları” təlimləri start verilib. Bu haqda 19 aprel tarixində ShimalNews məlumat verir.
Seminarlar rayon Qadın Resurs Mərkəzində “Qadınlara İKT bacarıqlarını aşılamaq, iş axtarmaq imkanlarını genişləndirmək” layihəsi çərçivəsində təşkil edilir. Təlimlərin 2 ay müddətində davam etməsi nəzərdə tutulub.
Görüşlərdə 16 qadın iştirak edir. Onlara “MS Office” proqramları ilə yanaşı, digər proqramlar da öyrədiləcək.