Noyabr ayı üçün iş və istirahət günlərinin yerləri dəyişdirilib.
ShimalNews xəbər verir ki, Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ona əsasən 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl olaraq 6 gün (8, 9, 10, 11, 12 və 13 noyabr) iş olmayacaq.