Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Quba və Qusar sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 27 may tarixində məlumat verir.
Qəbul iyunun 6-da keçiriləcək. Burada iştirak etmək istəyənlər 27 may - 3 iyun tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciət edə bilərlər. Onlar əvvəlcədən tərtib edilmiş siyahı üzrə qəbul ediləcəklər.