Quba rayonunda KOBİM maarifləndirici təlim keçirəcək. Bu barədə ShimalNews 12 mart tarixində KOBİA-ya istinadən məlumat verir.
“Turizm sahəsində (kənd evləri) mövcud imkanlar, çətinliklər və perspektivlər” adlı tədbir Heydər Əliyev Mərkəzində martın 14-ü saat 11:00-da start alacaq.
Ətraflı məlumat və qeydiyyat üçün: (055) 200 03 67.
KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.