Elm və Təhsil Nazirliyi İsmayıllıda kəlağayı festivalı təşkil edib. Bu barədə ShimalNews 28 noyabr tarixində Baku TV-yə istinadən məlumat verir.
Festivalda əl işləri, rəsm əsərləri, müxtəlif kəlağayılar nümayiş olunub. Qonaqlar Basqalı ziyarət ediblər.
Bu kimi tədbir ilk olaraq Bakıda, sonra Şəkidə və artıq İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunub.