İsmayıllıdan olan məktəbli "Ölkəni tanıt" elmi beynəlxalq müsabiqəsinin beşliyində yer alıb. Bu haqda 25 aprel tarixində ShimalNews məlumat verir.
Qazaxıstan respublikasında keçirilən bilik yarışında Emil Agamirzəyev iştirak edib. O, riyaziyyat, kimya və biologiya fənləri üzrə 64 ölkə arasında 84 bal toplayaraq müsabiqənin 4-sü olub.
Emil Agamirzəyev Talıstan kənd tam orta məktəbinin 8-ci sinifində təhsil alır.