İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında mövcud problemlərin effektiv həlli yollarının müzakirəsi aparılıb. Bu barədə ShimalNews 10 iyun tarixində şəhər RMX-yə istinadən məlumat verir.
RMX-nin direktoru Vidadi Rəhimov yoluxucu xəstəliklərin qarşısının alınmasından söz açıb. Tibbi tullantıların kateqoriyalara ayrılması və toplanmasına nəzarətin yoluxucu xəstəliklərin qarşısının alınmasında əhəmiyyətinin olduğu vurğulanıb.
Bunun üçün xüsusi yer tikilib. Burada yığılan tullantılar həftədə 2 dəfə daşınaraq poliqonlarda utilizasiya edilir.