Azərbaycan Dövlət Pantomim Teatrının heyəti İsmayıllıya səfər edəcək. Bu barədə ShimalNews 22 aprel tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Aprelin 24-ü, saat 14:00-da İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Pantomim buketi” səhnələşdiriləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan qastrol aksiyası əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsi üçün həyata keçiriləcək.