İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə tədbiri keçirilib. Bu haqda ShimalNews 30 noyabr tarixində məlumat verir.
Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Gənclərə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, 802 - qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilmiş və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.